Röya Bərdədəki hadisədən YAZDI: “14 yaşlı qıza bunu edənlərə ən ağır cəza verilsin” - FOTO

Röya Bərdədəki hadisədən YAZDI: “14 yaşlı qıza bunu edənlərə ən ağır cəza verilsin” - FOTO

Hazırda oxunan: Röya Bərdədəki hadisədən YAZDI: “14 yaşlı qıza bunu edənlərə ən ağır cəza verilsin” - FOTO

91034

“Bərdədə məktəbli qızın başına gətirilən bədbəxt hadisə ilə bağlı prosesi yaxından izləyirəm və nəticəni səbrsizliklə gözləyirəm. Mənim orada bibilərim, onların qızları, balaları yaşayır. Bir qadın kimi mənə təsir etdi, ölkəmdə baş verdiyi üçün utandım".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslərlə bağlı paylaşımında bildirib.

Hadisədən narahatlıq və həyacan keçirdiyini bildirən sənətçi əlavə edib ki, cinayyəti törədən şəxslərə ən ağır cəza verilməlidir. 

"Azərbaycan polisinə təşəkkür edirəm, səbəbkarları tapıblar. Lakin onlardan rica edirəm ki, 14 yaşlı bir yeniyetməyə qarşı bunu edən o 4 nəfər ən ağır şəkildə cəzalandırılsın. Çox xahiş edirəm, məsələyə həssaslıqla yanaşsınlar. Hər kəsin övladı var”.

Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik formada zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar. Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO