
- A-
- A
- A+
Şoutaym
21:01 / 24.08.2022
\"Rembo\" 25 illik arvadından BOŞANIR - FOTO
Hazırda oxunan: \"Rembo\" 25 illik arvadından BOŞANIR - FOTO
90277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dünya şöhrətli aktyor Silvestr Stallonenin həyat yoldaşı model və iş qadını Cennifer Flavinin aktyordan boşanmaq üçün rəsmi müraciət etdiyi məlum olub.
Bizim.Media xəbər verir ki, ulduz cütlüyün ayrılması ilə bağlı məlumat "TMZ" və "In Touch" nəşrlərində yer alıb.
Flavin və Stallone 25 ildir evlidirlər, onların Sofiya, Sistine və Skarlett adlı üç qızı var.
Sosial şəbəkələrdə yayılan fotoda aktyorun qolundakı arvadının şəkili əks olunan döymədə üz hissəsi silinib, yerinə it şəkili çəkilib.
Qeyd esək ki, Silvestr Stallone "Rokki", "Qaçış planı", "Rembo", "Xərclənənlər" və bir çox başqa filmlərdə iştirakı ilə tanınır.
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































