Şakiradan ayrılan Pike 23 yaşlı tələbə ilə EŞQ YAŞAYIR 

Şakiradan ayrılan Pike 23 yaşlı tələbə ilə EŞQ YAŞAYIR 

Hazırda oxunan: Şakiradan ayrılan Pike 23 yaşlı tələbə ilə EŞQ YAŞAYIR 

88100

“Barselona”nın futbolçusu Jerard Pike Şakiradan ayrıldıqdan sonra artıq yeni sevgili tapıb. 

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı Pike özünün “Kosmos” tədbir agentliyində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə görüşür. 

Klara ictimaiyyətlə əlaqələr üzrə təhsil alır və Pike ilə tədbirlər təşkil edərkən tanış olduğu güman edilir. Cütlüyə yaxın mənbələr onların bir neçə aydır ki, görüşdüyünü deyir.  

Ulduzların özləri ayrılığın səbəbləri barədə danışmırlar, lakin İspaniya mətbuatının yazdığına görə, futbolçunun xəyanəti üzündən münasibətlər pozulub.  

Hətta Pikenin başqa qadınla yataqda yaxalandığı da iddia edilib.  

“O, tələbədir və onun ofisində tədbirlər təşkil edir. Münasibətləri haqqında susdular, amma ətrafdakı hər kəs nə olduğunu bilir. İnsanlar ona bu münasibəti gizli saxlamağa kömək ediblər və Klaranın sosial media hesabları silinib, insanlar onun fotolarını tapa bilməyib” – deyə insayder nəşrə bildirib. 

İyun ayında Pike artıq yeni bir qızın yanında görünüb, lakin onun Klara olub-olmadığı məlum deyil.  

Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə həmin il Dünya Kuboku üçün yayımlanan “Waka-Waka” mahnısının klipinin çəkiliş meydançasında tanış olublar. Cütlüyün iki oğlu var.

Bu yaxınlarda futbolçu təslim olmağa və uşaqların Şakira ilə birlikdə ABŞ-da daimi yaşayışına icazə verməyə hazır olduğu məlum olub. Bunun qarşılığında isə müğənni keçmiş futbolçu sevgilisinə 400 min avro və ildə beş dəfə birinci dərəcəli uçuş bileti almalıdır.  
45 yaşlı müğənnini də hazırda vergidən yayınma ittihamı ilə həbs cəzası gözləyir. İspaniya prokurorları onun üçün 8 il həbs istəyib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO