26 yaşlı model podiumda ÖLDÜ - FOTO

26 yaşlı model podiumda ÖLDÜ - FOTO

Hazırda oxunan: 26 yaşlı model podiumda ÖLDÜ - FOTO

88079

Braziliyada “Ocksa” markasının nümayişi zamanı bədbəxt hadisə yaşanıb. 

Bizim.Media xəbər verir ki, podiuma çıxan model Teyl Soares gözlənilmədən yerə yıxılıb. 

Dəfiləni izləyənlər hadisənin qəza olduğunu düşünsələr də sonradan 26 yaşlı kişi modelin qəfildən vəfat etdiyinin şahidi olublar. 

Soaresin çalışdığı model agentliyinin nümayəndəsi mətbuata açıqlamasında heç vaxt səhhətindən şikayətlənmədiyini və nümayişdən əvvəl sağlamlıq vəziyyətinin yaxşı olduğunu söyləyib. 
Onlar Teylin hər hansı dərman preparatı və ya narkotik asılılığının olması ilə bağlı iddiaları rədd ediblər. Hətta modelin vegetarian olduğunu söyləyiblər. T.Soaresin ölüm səbəbi ilə bağlı araşdırmaların aparıldığı bildirilib. 

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO