Mənzurə Musayeva: “Dünya fırıldaq insanlarla doludur deyə ailə qura bilmirəm” - VİDEO

Mənzurə Musayeva: “Dünya fırıldaq insanlarla doludur deyə ailə qura bilmirəm” - VİDEO

Hazırda oxunan: Mənzurə Musayeva: “Dünya fırıldaq insanlarla doludur deyə ailə qura bilmirəm” - VİDEO

86939

“Gənclikdə səhvlərim çox olub. Bir də həyata gəlsəydim, o səhvləri heç zaman etməzdim. Ən böyük səhvim ailə quranda olub, düzgün seçim etməmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Maqazin Plyus” verilişinə müsahibəsində deyib. 

“Sevgi qapıları”nı bağladığını söyləyən sənətçi, bundan sonra ailə qurmayacağını açıqlayıb.  “Eşq mövzularını bağlamışam. Məndə sevgi alınmır. İstəyirsən ki, münasibət qurasan, həyatda tək qalmayasan, ailə qurasan, amma alınmır. Dünya fırıldaq insanlarla doludur. Bəlkə ona görə, ailə qurmaq alınmır”. 
Mənzurə ilk sevgisi ilə ailə həyatı qursa da, indiyə kimi bu izdivacdan peşman olduğunu dilə gətirib.  

İlk sevgimə də ərə getmişəm. İnsanlar ilk sevgini mənasız görür. Etiraf edim ki, ilk sevgimi mənasız yaşadım. Onunla ailə qurdum, övladım da olmadı. Bütün həyatım isə tərsinə çevrildi”. 

Dünyaya övlad gətirməyən Musayeva bu mövzunun onun üçün həssas olduğunu bildiirb. “Övladlığa götürdüyüm qızıma toy edəndə kövrəlib, ağladım. Bilmirdim bala dadı necə olur. Mövzu övladdırsa, çox kövrəlirəm”.
Qeyd edək ki, M.Musayeva aylar əvvəl qonaq olduğu “7 canlı” axşam şousunda sevgilisi tərəfindən evlilik təklifi alıb.

Həmin şəxs ona ev bağışlayacağını bildirmişdi. Mənzurə də bu təklifə “Hə” demişdi. Lakin bir müddət sonra müğənni həmin şəxsdən ayrıldığını açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO