Rüstəm Cəbrayılov özünə yeni iş qurdu - FOTO

Rüstəm Cəbrayılov özünə yeni iş qurdu - FOTO

Hazırda oxunan: Rüstəm Cəbrayılov özünə yeni iş qurdu - FOTO

85752

“Best Model of The World” titulunun sahibi, azərbaycanlı model Rüstəm Cəbrayılov özünə yeni iş qurub. 

Bizim.Media xəbər verir ki, bu haqda model sosial şəbəkə hesabında məlumat yayıb. 

Yeni ofisindən foto paylaşan Rüstəm bu sözləri yazıb. 

“Dövlət lisenziyalı işə düzəltmə mərkəzi, rəhbəri də özüməm. Fəhlə sənətindən tır sürücüsünə kimi, modellik sahəsindən hüquq məsələlərinə qədər kimə nə lazım olsa, xidmətinizdəyik. Tam şəffaf və qanunlar çərçivəsində.

Hər sahədən kifayət qədər işçi qüvvəmiz var. 2-3 ildən bir düşən bir filmlə yaşamaq olmaz, ciddi işlərlə məşğul olmaq lazımdır. Uğurlar hər kəsə”. 

Qeyd edək ki, bir müddət əvvəl işsizlikdən şikayət edən R.Cəbrayılov Mədəniyyət Nazirliyinə müraciət etdiyini, eyni zamanda teatrda işə düzələ bilmədiyini söyləmişdi. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO