Qardaşı oğlu ilə insest münasibətdə ittiham olunan Rikki Martin DANIŞDI 

Qardaşı oğlu ilə insest münasibətdə ittiham olunan Rikki Martin DANIŞDI 

Hazırda oxunan: Qardaşı oğlu ilə insest münasibətdə ittiham olunan Rikki Martin DANIŞDI 

84246

Xəbər verdiyimiz kimi, dünya şöhrətli pop ulduz Rikki Martinin 21 yaşlı qardaşı oğlu Dennis Yadiel Sançes ilə 7 ay eşq yaşadığı ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Puerto-Rikolu müğənninin sözçüsü verdiyi açıqlamada Martinin "heç vaxt qardaşı oğlu ilə hər hansı cinsi və ya romantik münasibətdə olmadığını və ola da bilməyəcəyini" açıqlayıb.

Riki əmin edir ki, bunlar saxta ittihamlardır və hətta belə bir şey haqqında düşünməyin özü də iyrəncdir.

Müğənni hesab edir ki, bu davranışının səbəbi 21 yaşlı qohumunun ciddi psixi sağlamlıq problemləridir.

“Hamımız ümid edirik ki, bu şəxs təcili ehtiyac duyduğu yardımı alacaq. Amma ən çox ümid edirik ki, hakim bütün faktları nəzərdən keçirən kimi bu dəhşətli iş bağlanacaq” – deyə, pop ulduz bildirib.

50 yaşlı Rikki Martin həbs olunmayıb və hələ ki, hər hansı cinayətdə ittiham olunmayıb.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO