Ukraynanı kədərə boğan 4 yaşlı daun sindromlu KÖRPƏNİN HEKAYƏSİ - VİDEO

Ukraynanı kədərə boğan 4 yaşlı daun sindromlu KÖRPƏNİN HEKAYƏSİ - VİDEO

Hazırda oxunan: Ukraynanı kədərə boğan 4 yaşlı daun sindromlu KÖRPƏNİN HEKAYƏSİ - VİDEO

83777

Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket atması nəticəsində dizayner və bloger İrina Dmitriyevanın qızı dünyasını dəyişib.  

Bizim.Media xəbər verir ki, daun sindromundan əziyyət çəkən İrinanın dörd yaşlı qızı Liza Ukraynanın prezidentinin həyat yoldaşı Yelena Zelenskayanın iştirakı ilə yeni il videoçarxında rol alıb.  

Y.Zelenskaya vəfat edən Lizanın çəkildiyi videoçarxı paylaşaraq, dərin kədər içində olduğunu yazıb.  

“Bu gün Vinnitsadan aşmış uşaq arabasının fotosunu görəndə dəhşətə gəldik. Sonra xəbərləri oxuyanda başa düşdüm ki, mən bu qızı tanıyıram. Balaca Liza bu gün rus raketindən öldü. İndi onu öldürənlərə demək istədiyim bütün sözləri yazmayacağam.  

Mən sizə onun haqqında yazacağam. Bu gözəl qızla “Milad” videosu çəkilişi zamanı tanış olduq. Sevgi içində böyümüş parlaq, səmimi, şən uşaq. Balaca nadinc qız bundan sonra yarım saat ərzində nəinki özünü, bayram paltarını, həm də bütün uşaqları, məni, operatorları və rejissoru boyalarla boyamağı bacardı... Zəhmət olmasa, onu canlı baxın. Mən onun sevdikləri ilə ağlayıram”.  

Xatırladaq ki, Lizanın anası İ.Dmitriyevna raket hücümu nəticəsində ağır yaralanaraq, ayağını itirib. Bir sıra nəşrlər onun öldüyü haqda məlumatlar dərc etsə də, lakin bu informasiyanın yalan olduğu açıqlanıb. İrinanın hələ də ağır vəziyyətdə reanimasiyada olması bildirilib.  
Qeyd edək ki, İ.Dmitriyevnanın qızı daun sindromu ilə doğulmuşdu. O, qızı haqda bloq yazıb, uğurlarını sosial şəbəkələrdə bölüşürdü. Beləcə, bu sindromdan əziyyət çəkən valideynlərə təcrübələrini danışıb, məsləhətlər verirdi.  

Rəşad Əliyev, Bizim.Media

 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO