Naibə Allahverdiyeva həyat yoldaşından danışdı : "Yanımda olmağı diqqətdir" - VİDEO

Hazırda oxunan: Naibə Allahverdiyeva həyat yoldaşından danışdı : "Yanımda olmağı diqqətdir" - VİDEO

76666

"Ac qaldığım günlər olub. Zirzəmidə yaşamışam".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə deyib. 

Keçməkeşli həyat yolundan bəhs edən sənətkar tez-tez küsüb barışdığı həyat yoldaşı Yusif bəydən söz açıb.

"Həyat yoldaşımla barışmışam. Kədərim yoxdur. İnsanları artıq olduğu kimi qəbul edirəm. Həyatımla da artıq barışmışam. Heç nəylə mübarizə aparmıram. Çünki çox mübarizə apardım, sənətdə də çox haqsızlıqlarla üzləşdim. Gördüm ki, yaşadıqlarımdan xəstələndim. Bir müddət əvvəl xəstə düşdüm, Türkiyəyə müalicəyə getdim. Bu həyatda hər şey yalandır. 
Yusif bəy Türkiyədə mənim qayğımı çəkdi. Onun yanımda olmağı mənim üçün diqqətdir".

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyevanın ikinci həyat yoldaşı Yusif bəy “Bizimləsən” sosial-ictimai proqrama zəng edərək, bağışlanmasını istəyib. Aktrisa verilişinin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə ona ikinci şans verib.  

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO