Nadir “Avroviziya”da qorxulu anlar yaşayıb: “Aləm dəydi bir-birinə...” - VİDEO  

Hazırda oxunan: Nadir “Avroviziya”da qorxulu anlar yaşayıb: “Aləm dəydi bir-birinə...” - VİDEO  

76460

“Hündürlük qorxum var. Pilləkənlərdə duranda, onları bir-birindən ayırmaq üçün texnikadan deyil, qol qüvvəsindən istifadə edilirdi. Bu zaman isə yıxılmamaq üçün ayağımı pilləkənə dayayırdım. Hündürlükdə durmuşdum və pillələrin hündürlük məsafəsi kifayət qədər yüksək idi. Onları ayıranda bədənimə əsmə gəlirdi”.  

Bizim.Media xəbər verir ki, bu sözləri “Avroviziya” beynəxalq mahnı müsabiqəsinin builki təmsilçimiz, gənc ifaçı Nadir Rüstəmli qonaq olduğu "Dik daban" günorta şousunda deyib.

O sonra əlavə edib ki, gözümü açanda isə “Avroviziya” səhnəsini su axaraq, əhatə edirdi:

“Həmin an aləm dəydi bir-birinə. Yuxarı baxa bilmirəm. Tamaşaçını görüb, həyəcanlanıram. Səhnədə çox çətin anlarla üz-üzə qaldım”. Nadir “Avroviziya” səhnəsində çıxışı zamanı keçirdiyi çətin anlardan da danışıb: “Səhnəyə çıxanda çox həyəcanlı olurdum. Səhnə nömrəmdə iştirak edən rəqqas Borislə pilləkəndə üz-üzə gələndə o göz vurub, gülümsəyirdi (red. müğənni jestlə göstərir). Onun bu hərəkəti məni çox rahatladırdı. Borisin üz ifadəsini isə heç kim görmürdü. Hər dəfə ona çox sağol deyirdim. Çox relaks olurdum. Psixoloji fəndlərlə səhnədə mənə kömək edirdi”.  

Verilişin gedişatında Nadir Rüstəmli yenidən “Avroviziya”da ölkəmizi təmsil etmək istədiyini də açıqlayıb:

“İndi yorğunam. Amma yenidən “Avroviziya” ya getməyi çox istəyirəm. Elə bil ki, bir az ürəyimdə qaldı. Qalib olmasam da, daha yaxşı yerə çıxmaq istərdim. Bu dəfə isə getsəm, daha rahat və təcrübəli çıxış edəcəm.

Hətta "Harry Potter" kitabının müəllifi Coan Roulinq “Twitter” hesabında yazmışdı ki, “"Azərbaycanın haqqını yedilər. Layiq olmadığı yerdədir”. Hətta bir zarafat var idi ki, “Coan bir “Harry Potter” haqda, bir də Nadir haqda yazıb”.  
Qeyd edək ki, N.Rüstəmli "Avroviziya-2022"də ikinci yarımfinaldan finala keçsə də, 106 xalla 16-cı yerə çıxıb.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO