Məşhur hind aktyoru Çanki Pandey Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə rəqqasə və aktrisa Oksana Rəsulova məlumat verib.
O, aktyorla çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşıb. O.Rəsulova "Sizi görmək çox heyrətamiz idi. Siz böyük ürəkli gözəl insansınız, sizi çox sevirəm, cənab" - sözlərini yazıb.
Səkillərdə Oksananın həyat yoldaşı aparıcı Şəhriyar Əbilov da yer alıb.
Rəşad Əliyev, Bizim.Media