Gənc aktrisanı döyən şəxs evdən qaçdı, arvadı boşanmaq üçün ərizə yazdı

Gənc aktrisanı döyən şəxs evdən qaçdı, arvadı boşanmaq üçün ərizə yazdı

Hazırda oxunan: Gənc aktrisanı döyən şəxs evdən qaçdı, arvadı boşanmaq üçün ərizə yazdı

76229

“Məni döyən şəxs evdən qaçıb. Hazırda polis onu axtarışa verib. Həmin şəxsin həyat yoldaşı isə boşanması üçün ərizə yazıb”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində bir neçə gün əvvəl gecə saatlarında Abşeron rayon ərazisində qonşusu tərəfindən döyülən gənc aktrisa Mehin Bayramova deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

“Sifətimə elə şillə vurdu ki, üzüm göyərdi, qulağımdan su gəldi...” - Küçədə döyülən aktrisa  


Aktrisa qonşusunun üzə çıxmadığı halda barəsində ciddi tədbirlər görüləcəyini bildirib:  

“Onların ailəsi yenidən bizim qapımıza gəlmişdirlər. Anam polisə onların gəlməyindən narahatçılıq keçirdiyi və psixoloji şiddət göstərildiyini söylədi. Bundan sonra polislər evimizə gəldilər. Onlara zəng etdik ki, sizi neçə gündür bölməyə çağırırıq, lakin gəlmirsiz. Anası da deyib ki, bizə ərizə və bölməyə gəlməklə bağlı heç bir bildiriş gəlməyib. Polis də onların yaşadığı əraziyə gediblər. Qapını döyüblər, lakin heç kim açmayıb. Qonşular deyiblər ki, həmin şəxs evdən qaçıb.

Bu gün saat 15:00-ə kimi gözləyəcəklər, əgər o, tapılmasa barəsində ciddi tədbir görüləcək. Onun qaçması cəzasını ağırlaşdırır. Məhlədəki kişilər də ayağa qalxıblar ki, həmin şəxsi tapsınlar”.   


Mehin ekspertizanın nəticəsini də açıqlayıb.   

“Ekspertizaya getdim. Üzümdə kliniki ağrıların olması qeydə alındı. Sınıq yoxdur, göyərmələr var. Mənim ciddi xəsarət almağımla bağlı ərizə yazmağımın qarşısını alan polis barəsində inzibati tənbeh tətbiq edilib”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO