“Fotoşopla özümü arıqladıram” - Aşıq Samirə 

Hazırda oxunan: “Fotoşopla özümü arıqladıram” - Aşıq Samirə 

75699

“Tez-tez arıqlayıb, kökəlirəm. Amma aldığım çəkini də az zamanda ata bilirəm. Görəndə ki, kökəlmişəm, artıq çəkili görünməmək üçün fotoşopla özümü arıqladıram. Gözəllik üçün yox, amma boy və arıqlıq üçün proqramlardan istifadə edirəm (gülür)”.

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində aşıq Samirə Əliyeva deyib.

Şou əhlinin bir-birinin acığına bəhsə girib bıçaq altına uzanmasına xanım sənətçi belə münasibət bildirib:

“Plastik əməliyyata müsbət baxıram. Hətta sizə sirr açım ki, göz altı qırışlar üçün cərrahların birinə müraciət etdim. O isə mənə bu əməliyyata ehtiyac yarandığı təqdirdə, yəni 5 ildən sonra etməyi məsləhət gördü.
Dedi ki, hələ tezdir. İndi etsək, nəticə uğursuz ola bilər. Nə qədər səhnədəyəm, formada olmaq istərəm. Səhnədə olmasam da belə, istər qadın, istərsə də kişi, formada olanda, özünə inam artır”.

Aşıq Samirə şou nümayəndələrinin plastik əməliyyatdan sonra gözəlləşmək əvəzinə, eyiblərini daha da üzə çıxarmasını məsxərəyə qoyub:

“Plastik və estetik əməliyyat etdirəndə də, gərək əndazəni aşmayasan. Biz əməliyyatları komplesklərdən azad olub, qüsurlarımızı, nöqsanlarımızı aradan götürmək üçün edirik. Əfsuslar olsun ki, bəzi sənətçilərin əməliyyatları eyib yaradıb. Normadan artıq əməliyyatların tərəfdarı deyiləm”.

Bir müddət əvvəl Əməkdar artist Nigar Şabanovanın səsləndirdiyi “Oxuduğum muğam janrına yeni tərz gətirmək istəyirəm. Çünki geyim tərzi mənə mane olur” fikirlərinə isə  S.Əliyeva belə münasibət bildirib?
“Gənc olsaydım, mən də Nigar Şabanova kimi düşünərdim. Amma bəlli bir yaşdayam, böyük övladlarım var. Mənə indi belə şeylər etmək yaraşmaz. Aşıq sənətində heç bilmirəm nə dərəcədə gözəl görünər. Çünki mən yetərincə müasir geyimlərə üstünlük verirəm. Janrımda isə geyimlə bağlı sərhədi aşmaq istəmərəm. Ehtiyat edirəm. Mən belə bir addım ata bilmərəm”.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO