Mətanət gəlini Cananadan danışdı: "Barışıq oldu" – FOTO/VİDEO

Hazırda oxunan: Mətanət gəlini Cananadan danışdı: "Barışıq oldu" – FOTO/VİDEO

75661

Bir müddət əvvəl Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canananın barışıq xəbəri gündəmi silkələdi. Sənətçinin gəlini sosial şəbəkə hesabında qaynanası ilə məhkəmə çəkişmələrinə və dava-dalaşa son qoyub, "Ramazan" bayramında barışdığını yazdı. Lakin bu barışığa heç kim inanmadı.

Bizim.Media xəbər verir ki, klip çəkilişində "Şourum"un kamerasına yaxalanan Mətanət İsgəndərli gəlini ilə barışıq xəbərini təsdiqləyib.

Efirlərdə bir-birinin ünvanını "daş qalaq" edən gəlinlə qaynana səmimi şəkildə barışıb. Canana qaynanasının bu açıqlamasına sosial şəbəkə hesabında münasibət bildirib.

"Hər şey öz yolunu tapdı. Uşaqlar varsa, heç bir zaman ailənin təməli dağılmaz. Uşaqlar bir mələkdir. Övladlarım çox xoşbəxtdirlər" deyə, M.İsgəndərlinin gəlini şərh yazıb.

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Onların üç uşağı əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb.

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO