Röya qardaşının toyundan danışdı: “Kimsə foto və video paylaşmayacaq”  

Hazırda oxunan: Röya qardaşının toyundan danışdı: “Kimsə foto və video paylaşmayacaq”  

75305

“Mərhəmətli insanam, keçən müsahibədə də dedim ki, buna görə ürəyimi sığortalayaram. “Yazığım gəlir” sözündən isə heç xoşum gəlmir”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Röya Ayxan deyib.  

Sənətçi mərhəmət hissini daha çox azərbaycanlılarda gördüyünü söyləyib.  

“Millətimiz çox mərhəmətlidir. Mərhəmət sözü hər bir azərbaycanlının daxilində var. Ona görə də öz millətimi sevirəm. Mərhəmət yalnız bizdədir də... Türkiyəyə gedəndə, xəbərlərə baxanda şoka düşürəm. Deyirəm ki, “Qurban olum bizimkilərə”.  

Bir müddət əvvəl Xalq artistinin müğənni qardaşı İsmayılın İstanbulda nişan mərasimi olub. O, tezliklə qardaşına Bakıda toy edəcəyini açıqlayıb. O bildirib ki, məclis mediaya tam qapalı şəraitdə keçiriləcək.  

Sənətçi toyda qoyulacaq qadağalardan da söz açıb.

“Qardaşımın toyu Bakıda keçiriləcək. İllər əvvəl toyum necə keçibsə, eyni ilə İsmayılın toyu da elə olacaq. Bu məclis qohumlarım və yaxın dostlarım üçün olacaq. Onların da hər birinə məclis başlayanda mikrofonla tapşıracağıq ki, heç kim foto və video çəkib paylaşmayasın. Mediaya tam qapalı keçəcək. Yadınıza gəlir mənim toyum necə keçdi? Toyumun səhərisi günü özümüz fotoları mediaya göndərdik. Görün heç toyumdan kiminsə öskürəndə və ya asqıranda bir videosu var? (gülür.) Toya gəlmisən, get ye, iç, oyna, kef elə...”  

Xarici görünüşünə, xüsusi ilə bədən quruluşuna xüsusi önəm verən R.Ayxan formada qalmasının sirrini idmanla əlaqələndirib:  

“12 illik fitnes müəllimim var. 12 ilinin 1 il 6 ayını idmanla məşğul oluram (gülür). 6 ayını isə yox. Ona görə ki, getdiyim idman zalı cəmi 6 ay fəaliyyət göstərir. Maydan oktyabr ayına kimi gedirəm, sonra isə idmanı dayandırıram. Oktyabr ayından sonra özümü birtəhər saxlayıram. Amma sevmirəm əzələli bədən. Fit oldum bəsimdir. Hazırda 52 kiloyam”.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO