Rəqsanədən Elzaya dəstək: Moskvadan 2 min manat göndərdi - VİDEO

Hazırda oxunan: Rəqsanədən Elzaya dəstək: Moskvadan 2 min manat göndərdi - VİDEO

75276

"Səni axtarıram" proqramına pənah gətirən Əməkdar artist Elza Seyidcahanın evlə bağlı problemi öz həllini tapıb. 

Bizim.Media xəbər verir ki, proqramın aparıcısı Xoşqədəm Hidayətqızı Moskvada yaşayan müğənni Rəqsanə İsmayılovanın həmkarına dəstək çıxdığını açıqlayıb.

"Elza xanım, həmkarınız Rəqsanə sizə 2000 manat pul göndərib. Sənət dostların səni dəstəkləyir", - deyə aparıcı bildirib. 

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib. 
Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddətdən sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib, həmin məkanın özlərinə aid olduğunu iddia ediblər.

Ali Məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olan sənətçi acınacaqlı vəziyyətdə olduğunu söyləyib.

E.Seyidcahan bir sıra verilişlərə qatılaraq, ona xalq tərəfindən köməklik göstərilməsini xahiş edib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO