Əməkdar artistdən iki həyat yoldaşı ilə bir evdə qalması fikrinə SƏRT TƏPKİ – “şayiədir” - VİDEO

Hazırda oxunan: Əməkdar artistdən iki həyat yoldaşı ilə bir evdə qalması fikrinə SƏRT TƏPKİ – “şayiədir” - VİDEO

75107

"Deyirlər ki, iki arvadım var. Yalan sözdür, yayırlar. Bu şayiədir. Mənim bir həyat yoldaşım var".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov qonaq olduğu "Səni axtarıram" verilişində deyib.

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının "Deyirlər ki, hər iki həyat yoldaşınız sizinlə bir evdə qalır" sualına aktyor belə cavab verib:

"Yox, bu yalandır. Mən birinci həyat yoldaşımdan rəsmi şəkildə boşanıb, ikinci dəfə ailə həyatı qurmuşam".

X. Hidayətqızı R.Rəhmanova yaxınlaşaraq, telefonda hər iki həyat yoldaşının birgə çəkilən fotosunu göstərərək, aktyora yalan danışdığını söyləyib.

R.Rəhmanov isə X.Hidayətqızının sözlərinə etirazını bildirib:

"Burada mehribançılıqdan söhbət gedir. O mehribançılığı hər kişi bacarmaz. Ailə əgər boşanırsa, balaların ürəyini sındırmaq olmaz".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO