Rəşad Dağlıya üzr istəməsi üçün hədə-qorxu gəlinib? - VİDEO 

Hazırda oxunan: Rəşad Dağlıya üzr istəməsi üçün hədə-qorxu gəlinib? - VİDEO 

75105

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı işlətdiyi “Xomeyni çöküb qalıb, Behcəti “naqruska”dadır” ifadələrinə görə sosial şəbəkə hesabında canlı yayım açaraq üzr istəyib. 

Bizim.Media xəbər verir ki, ardınca onun təhdid olunduğu üçün üzr istəməsi ilə bağlı iddialar yayılıb. 

Meyxanaçı ”Instagram” hesabından yeni video paylaşaraq bu iddiaları təkzib edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlı kimlərdən və nəyə görə üzr istəməyə məcbur edildi? – TƏFƏRRÜAT


“Bir uğursuz qafiyəyə görə söz-söhbət yayılmışdı, mən də bununla bağlı açıqlama vermişdim. Həmin videodan belə təsəvvür yaranıb ki, mən hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bu, əsla belə deyil.  

Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO