Nüşabədən Elzaya dəstək: "1000 manat kömək edəcəyəm" - VİDEO

Hazırda oxunan: Nüşabədən Elzaya dəstək: "1000 manat kömək edəcəyəm" - VİDEO

74878

"Sizin verilişi mənimlə bərabər Xalq artisti Brilliant Dadaşovada izləyir. İkimiz də Elzaya dəstək durmağa hazırıq. Biz Elzanın yanındayıq, ətrafındayıq və onu sevirik. Elzanın bir harmoniyasını başa düşmək üçün 50 il sonra doğulmaq lazımdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Səni axtarıram" proqramının efirinə canlı telefon bağlantısında deyib. 

Sənətçi həmkarına həm maddi, həm də mənəvi dəstək çıxdığını söyləyib:

"Onun şeirlərini başqa yerə yozmaq, hallandırmaq lazım deyil. Möhtəşəm bəstəkardır. Çox xahiş edirəm ki, Elzanı studiyada təkləməyəsiniz. Onun yazdığı mahnıları mən də, Brilliant da sevə-sevə ifa edirik. O bizim müassir musiqimizin bəstəkarıdır. Elzanı sevirik, onun arxasındayıq".
Sözügedən verilişdə iştirak edən Əməkdar artist Elza Seyidcahan isə həmkarının bu çıxışından ürəklənərək, onu studiyada qınayanlara ismarış ünvanlayıb:

"Bəzi insanlar özlərini danışdıqları ilə bilə-bilə quyuya salırlar. Çox bəsitdirlər. Nüşabə və Brilliant xanım hər zaman mənim arxamda olub".

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının, "Nə qədər yardım göndərirsiz?" sualına N.Ələsgərli "1000 manat" deyə cavab verib. 

Aparıcı bildirib ki, E.Seyidcahan üçün tələb olunan 70 min manatdan cəmi 16 min manat toplanıb.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib. 

Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddətdən sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib. Onlar həmin məkanın özlərinə aid olduğunu iddia ediblər.
Ali Məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olan sənətçi acınacaqlı vəziyyətdə olduğunu söyləyib.

E.Seyidcahan bir sıra verilişlərə qatılaraq, ona xalq tərəfindən köməklik göstərilməsini xahiş edib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO