Məşhur aktyor Elvin Ağayev donor tapa bilmir - VİDEO 

Hazırda oxunan: Məşhur aktyor Elvin Ağayev donor tapa bilmir - VİDEO 

74808

“Elvinin qohumlarına səslənirəm. Həkimlər deyir ki, onun heç bir qohumu analiz üçün müraciət etməyib”.  

Bizim.Media xəbər verir ki, bu sözləri “Səni Axtarıram” verilişinin apacırısı Xoşqədəm Hidayətqızı canlı efirdə deyib.  

O bildirib ki, qaraciyər sirrozundan əziyyət çəkən E.Ağayevin müalicəsi üçün 50 min dollar vəsait yığılsa da, təcili donora da ehtiyacı var:

“Elvini biz müalicə üçün Türkiyəyə göndərə bilərik. Amma onun donoru yoxdursa, mənasız xərc və zaman itkisi olacaq. Donorun tapılması üçün isə günlər, aylar bəlkə də illər lazım olacaq. Amma qohum-əqrəbası Elvinin həkiminə müraciət etsə, lazımi analizlər verilsə, bəlkə gənc aktyoru xilas etmək imkanı olacaq”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO