Alla Puqaçova Rusiyaya qayıdır - VİDEO

Hazırda oxunan: Alla Puqaçova Rusiyaya qayıdır - VİDEO

74748

Keçmiş SSSR-i Xalq artisti Alla Puqaçova sentyabrda Rusiyaya qayıdacağına söz verib.  

Bizim.Media xəbər verir ki, İsraildə müğənni və həyat yoldaşı Maksim Qalkin paparatsilərin kamerasına tuş gəlib.  

Jurnalistin cütlüyün Rusiyaya geri dönüb-dönməyəcəyi ilə bağlı sualına Alla Moskvaya payıza yaxın qayıtmağı planlaşdırdığını deyib:

"Uşaqlar məktəbə getməlidirlər, indi onlar onlayn oxuyurlar". 

Qeyd edək ki, Rusiyanın Ukrayna ilə başladığı müharibə ərəfəsində bir çox rus sənətçilərinin ölkələrini tərk etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. A.Puqaçovanın əri M.Qalkin və uşaqları ilə birgə xaricə getməsi müzakirələrə səbəb olmuşdu.  

Rəşad Əliyev Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO