Nazilənin oğlu toyunda xanımına iki brilliant üzük taxdı - VİDEO

Hazırda oxunan: Nazilənin oğlu toyunda xanımına iki brilliant üzük taxdı - VİDEO

74674

"Mən fərqli toy etmək istəyirdim. Həm də istəyirdim ki, "dədə-baba" toyu olsun".

Bizim.Media xəbər verir ki, bu sözləri bir həftə əvvəl oğlu Nurlana dəbdəbəli toy edən şairə Nazilə Səfərli qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Nazilənin çıxışından sonra toydan görüntülər yayımlayıb. Toy məclisi Nurlan və onun məmur həyat yoldaşı Nuranənin "Ruhani" havası altındakı rəqsi ilə açıq elan edilib.
Görüntülərdə cütlük rəqslərini bitirdikdən sonra, Nurlan xanımı Nuranənin barmağına iki böyük qaşlı brilliant üzük taxıb. 

Daha sonra Nazilə Səfərli toyda şeir deyib. Şairənin çıxışı zamanı həm oğlu, həm də gəlini kövrəlib. 

Qeyd edək ki, Nazilə Səfərli oğlunun istəyi ilə toyu media üçün qapalı keçirdib. Jurnalistlər yalnız toya dəvətli olan şou əhlindən foyedə müsahibə ala biliblər.

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO