Tünzalə Türkanın bu mahnısını dinləmək belə İSTƏMƏDİ – VİDEO

Hazırda oxunan: Tünzalə Türkanın bu mahnısını dinləmək belə İSTƏMƏDİ – VİDEO

74510

“Mən belə mahnıları başa düşə bilmirəm. Mahnı mənim qulağımı şappalaq kimi vurdu”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu “Şourum” maqazin verilişində deyib.  

Proqramın aparıcısı Afaq Gəncəli Tünzalədən həmkarı Türkan Vəlizadənin “Ağlıma bir ad gəlir” mahnısına şərh bildirməyi istəyib.

Ağayeva Vəlizadənin mahnısını eşidər-eşitməz dinləmək istəmədiyini bildirib. Xalq artisti efir vasitəsi ilə qarşı tərəfə səslənərək, onu ziyanlı musiqi təbliğ etdiyinə görə ittiham edib.  
“Bu sənət əsəri heç zaman ola bilməz. Mən belə yalnız evdə oxuya bilərəm. Gənclərin başının üstündə doğru-düzgün prodüserlər olmalı, onları düzgün istiqamətləndirməlidir. Publikanın diktə etdiyini etmək yalnışdır. Mən gecələr vicdanım rahat yatıram. Publikaya ziyanlı musiqi oxumuram. Üzülürəm ki, gözəl səsi və xarici görünüşü olan müğənnilər yanlış yollara gedirlər. Bəlkə də onların mənim kimi bir insana ehtiyacları var. Gəlsinlər, mənim qapım açıqdır”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO