Novruz Məmmədovun qızı ilə bağlı MARAQLI FAKTLAR: Həyat yoldaşı ilə tanışlığı... – FOTO/VİDEO

Hazırda oxunan: Novruz Məmmədovun qızı ilə bağlı MARAQLI FAKTLAR: Həyat yoldaşı ilə tanışlığı... – FOTO/VİDEO

74431

"Mən "Nanəli" verilişində ifa edəndə, Firüzə xanım efirə baxıb, ona mən "suyu şirin" gəlmişəm. Deyib ki, "Pərvizi haradansa tanıyıram". Sonra mənə yazdı kı "Allah səsinizə qüvvət versin". Mən də girib Firüzə xanımın fotolarını baxdım. Dedim ki, "Siz də mənə tanış gəlirsiz". Gimnaziyada oxuyub, oxumadığını soruşdum. "Hə" deyə cavab verdi.

Söylədim ki, "Elza Seyidcahanla duet oxuduğunuz "Mən aktyoram" mahnısının müəllifi sizsiz". Onu tanıdığımı bildirdim. Sonra qismət oldu Firüzə ilə tədbirdə görüşdük. Tədbirdə mənim dəyərli qaynanam Gülya xanımda iştirak edirdi. Tədbirə oxumağa gəlmişdim. Çıxışımı izlədilər. Firüzə xanım anasına söylədi ki, "Pərviz gimnaziyada təhsil alan oğlandır". Sonra səmimiyyət, gediş-gəliş yarandı. O tədbirdə də ilk addımı mən atdım".

Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə Pərviz Qasımov həyat yoldaşı Firüzə Qasımova və iki yaşlı oğulları Qasımla ailəlikcə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Verilişdə Firuzə Qasımovanın 17 il əvvəl Əməkdar artist Elza Seyidcahanla Füruzə xanımla çəkdikləri "Mən aktyoram" klipi yayımlanıb.

Verilişin aparıcısı Günay Baxşəliyeva Füruzənin klipdə adının "Zuzu" ləqəbi ilə yazıldığını vurğulayıb.

Daha sonra F.Qasımova sözügedən ekran işi barəsində söz açıb.

"Elza xanımdan bu mahnını istədik. O da bizə həmin mahnını verdi. Həmin mahnını elə Elza xanımın özü ilə duet şəklində ifa etdim. Sonra da həmin mahnıya klip çəkdirdik. Hamı bu klipi çox bəyəndi".

Günayın cütlüyə ünvanladığı "Bəs niyə Firuzə indi oxumur?" sualına Pərviz "Hazırda dövlət işində çalışdığına görə oxumur" deyə cavab verib.

Daha sonra F.Qasımova iş fəaliyyətindən də söz açıb.

"Hazırda "Rabitə Nazirliyi"ndə çalışıram. Beynəlxalq şöbədə sektor müdiri vəzifəsində işimi icra edirəm. Analıq məzuniyyəti ilə bağlı işə getmirəm. Amma oğlum Qasımın üç yaşı olduqdan sonra iş fəaliyyətimi davam etdirəcəyəm. İşim keçirilən tədbirlərin protokollarına nəzarətdən ibarətdir. Sənədləri, Cənab Prezindentimizə Nazirlikdən göndərilən məktubları birbaşa mən qəbul edirəm. Həmin sənəd və məktubları yoxlayıram".

Firuzənin sözünə qüvvət olaraq Pərviz bildirib ki, həyat yoldaşı peşəkar fəaliyyəti ilə əlaqədar 2018-ci ildə Cənab Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Proqramın gedişatında G. Baxşəliyeva Firüzə Qasımovanın atası keçmiş Baş Nazir Novruz Məmmədovun "Fransız" filmində rol aldığını söyləyib və həmin filmdən kadrlar yayımlanıb.

F.Qasımova atası ilə bağlı bunları söyləyib.

"Atam illər əvvəl AzTV-də çalışıb. Atam fransız dili müəllimi olub. Sonra isə o ingilis dilini öyrənib. Atam fransız dilini ana dili kimi bilir. Evdə biz fransız, rus və azərbaycan dilində danışırıq. Ailədə üç uşağıq. İki bacı və bır qardaş. Bacım xaricdə yaşayır və orada çalışır, qardaşım isə Bakıdadır. Babası nəvəsi Qasımla nəfəs alır. Qasımın ilk sözü də elə baba olub".

Qeyd edək ki, bir müddət əvvəl cütlük övladları Qasımın kiçik toy məclisini keçiriblər. Həmin məclisdə keçmiş Baş Nazir Novruz Məmmədov və xanımı Gülya Məmmədova da iştirak edib. Şou əhlinin də qonaq olduğu məclisin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO