Oksana oğlu olandan sonra qohumlarını evinə BURAXMIR: “Bizə heç kim gəlməsin”

Hazırda oxunan: Oksana oğlu olandan sonra qohumlarını evinə BURAXMIR: “Bizə heç kim gəlməsin”

74335

“Şəhriyar çox dəyişilib. Subay vaxtı onu tapmaq olmurdu, hər zaman qadınların diqqətində idi. Tamamilə başqa insan, atadır. Artıq onu dərk edib, anlayır ki, onun oğlu və ailəsi var. Tamamilə başqa prizmadan öz həyatına baxır, eləcə də mən”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Ailə həyatından söz açan aktrisa, həyat yoldaşından daha çox oğluna zaman ayırdığını dilə gətirib.   

“Oğlum Osmana daha çox diqqət ayırıram. Amma Şəhriyar diqqətini həm oğluna, həm də mənə yetirir. O balanslaşdıra bilir, mən isə yox. Səhhətim hələ ki buna izin verməyib. Çox istərdim ki, Osmanın ya bacısı, ya da qardaşı olsun. Baxmayaraq ki, övladım var, xoşbəxtəm, amma yaradıcı tərəfim axsasa, depressiyaya düşərəm. Depressiyaya düşsəm, oğluma yaxşı baxa bilməyəcəyəm”.  

Sənətçi oğlu Osmanın doğulandan sonra nəinki dostlarını, eləcə də qohum-əqrabasını evinə buraxmadığını söyləyib.  

“Osman doğulandan sonra evə heç kimi buraxmıram. Pandemiya başladığı zamandan bəri qohumlar gəlmirlər evimizə. Onlara söyləyirəm ki, əgər görüşmək istəyirsinizsə, restorana gedək yeyib-içək, amma evə yox. Yaxın dostlarımı belə evə buraxmıram. Oğluma görə evimdə gigiyena cəhətdən tam təmizlikdir. Çalışıram ki, bizə heç kim gəlməsin”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO