Deniz Seki azərbaycanlı vizajistə HEYRAN QALDI: “Məni Cennifer Lopezə bənzədib” - VİDEO 

Hazırda oxunan: Deniz Seki azərbaycanlı vizajistə HEYRAN QALDI: “Məni Cennifer Lopezə bənzədib” - VİDEO 

74319

Türkiyəli məşhur müğənni Deniz Seki Bakıya gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçi doğum günü məclisində səhnəyə çıxıb.  

Deniz gecəyə xüsusi olaraq hazırlaşıb. Belə ki yerli stilist və vizajistin onun üzərində yaratdığı obraza müğənni məəttəl qalıb.  

Səhnə öncəsi güzgü qarşısına keçən müğənni görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Deniz onun imicini 180 dərəcə dəyişən stilist və vizajistin ünvanına təriflər yağdırıb, özünü Cennifer Lopezə bənzədib.   
“Bir azdan çox özəl məclisdə çıxış edəcəm. Məni elə bir komanda hazırladı ki, özümü tanımaqda çətinlik çəkirəm. Bütün Bakını, Azərbaycanı çox sevirəm”, - deyə Deniz söyləyib.   

Rəşad Əliyev, Bizim.Media
 


 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO