“Avroviziya-2022”də FİNAL HƏYƏCANI - Nadir Rüstəmli 15-ci çıxış edəcək

Hazırda oxunan: “Avroviziya-2022”də FİNAL HƏYƏCANI - Nadir Rüstəmli 15-ci çıxış edəcək

74279

Bu gün İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. 

Bizim Media xəbər verir ki, yarışmanın ikinci yarımfinalında finala vəsiqə qazanan “Səs Azərbaycan”ın qalibi, ifaçımız Nadir Rüstəmli “Fade to black” mahnısı ilə çıxış edəcək. 

O, finalda ikinci hissədə səhnəyə çıxacaq. Rüstəmli 15-ci nömrə altında mahnısını səsləndirəcək.  

Mayın 10-da baş tutan birinci yarımfinalın nəticələrinə əsasən, finala İsveç, Litva, Portuqaliya, İslandiya, Ermənistan, Norveç, Yunanıstan, Moldova, Hollandiya və Ukrayna çıxıb.  

Mayın 12-də baş tutan ikinci yarımfinaldan finala yüksələn Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya və Serbiya olub.  

“Böyük beşlik” ölkələri – Almaniya, Böyük Britaniya, İspaniya, Fransa və İtaliya seçmə mərhələlərdə iştirak etmir. Bu ölkələr avtomatik olaraq müsabiqənin finalına çıxırlar.  
Qeyd edək ki, Yarışma “İctimai Televiziya”nın efirindən canlı yayımlanacaq.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO