Amerikaya köçən Rüfət “Amazon”da işə başladı - FOTO  

Hazırda oxunan: Amerikaya köçən Rüfət “Amazon”da işə başladı - FOTO  

74273

Amerikaya köçən keçmiş aparıcısı Rüfət Ağayev yeni işə düzəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat verib.  

Rüfət kostyumda selfisini çəkərək dünyaca məşhur onlayn alış-veriş şirkəti “Amazon”da işə başladığını elan edib. 

“Yeni yaş, yeni iş, eyni şəhər. Zarafat bir yana, bu yeni səyahətə başlamaq üçün həyacanlıyam”, - o, paylaşdığı şəkillərə yazıb. 

Qeyd edək ki, Rüfət Ağayev uzun müddət ATV kanalında həm radio, həm də televiziya aparıcısı kimi çalışıb. Sonuncu dəfə isə o “V Element” verilişində aparıcılıq edib.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO