Günel Zeynalova Şuşada - FOTO 

Hazırda oxunan: Günel Zeynalova Şuşada - FOTO 

74215

Türkiyədə yaşayıb müğənnilik fəaliyyətini uğurla davam etdirən Günel Zeynalova sosial şəbəkə hesabında Şuşadan fotolarını paylaşıb.  

Bizim.Media xəbər verir ki, bir çox tanınmış incəsənət nümayəndələri ilə Şuşaya səfər edən sənətçi qonaqlar qarşısında çıxış edərək, sevilən ifalarını səsləndirib.  

Günel Şuşaya atası Rəhman və qardaşı Tunarla gedib.  

Qeyd edək ki, 8 may tarixində Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.
Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edilib, istirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.  

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO