"Avroviziya-2022": Azərbaycan təmsilçisi ikinci yarımfinalda çıxış etdi - FOTO/VİDEO

Hazırda oxunan: "Avroviziya-2022": Azərbaycan təmsilçisi ikinci yarımfinalda çıxış etdi - FOTO/VİDEO

74080

Xəbər verdiyimiz kimi, İtalyanın Turin şəhərində "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilr.

Bizim.Media xəbər verir ki, ölkəmizi sözügedən yarışmada təmsil edən Nadir Rüstəmli dördüncü nömrə altında "Fade to black" mahnısı ilə çıxış edib. 

Onun ifası ilə yanaşı pilləkanların üzərində qurulmuş səhnə perfomansı da diqqət çəkib.

Səhnədə onun kölgəsini yaradan isə peşəkar rəqqasdır. O, Nadirin hərəkətlərini təqlid edir. Çıxışın sonuna yaxın pilləkən ikiyə ayrılır və Nadirlə rəqqası üz-üzə gəlir. İşıq effektləri isə Nadirin şousunu daha da canlandırıb. 
İkinci yarımfinalda iştirak edən ölkələrin təmsilçiləri ifalarını təqdim etdikdən sonra rəsmi şəkildə səs verməyə start veriləcək. 

Xatırladaq ki, Azərbaycan ərazisində yaşayanlar öz ölkələrinə səs verə bilməzlər. Yalnız xaricdə yaşayan həmyerlilərimiz səsverməyə qoşula bilər.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO