Evlənmək istəyən aktyora SƏRT CAVAB: \"Bizim təlxəyə verəcək qızımız yoxdur\" - VİDEO

Hazırda oxunan: Evlənmək istəyən aktyora SƏRT CAVAB: \"Bizim təlxəyə verəcək qızımız yoxdur\" - VİDEO

74075

"Valideyinlərim mənim toyumu görmək istəyirlər. Anam söylədiki, "Bir xanım var. Çox istərdim onunla aiılə həyatı qurasan. Sənin mürvətini görüm". Məndən işimi soruşdular, dedim ki, aktyoram. Normal qəbul etdilər. Hər şey çox ciddi idi, üzüklər alındı. Ətrafımda olan qohumlar o xanımın ailəsinə çatdırdılar ki, mən təlxəyəm. Qızın ailəsi bunu biləndən sonra, "Bizim təlxəyə verəcək qızımız yoxdur" dedilər".

Bizim.Media xəbər verir ki, bu sözləri animator kimi fəaliyyət göstərən, kimliyini isə gizli saxlayan gənc aktyor "Təsir dairəsi" ictimai-sosial verilişində deyib.

Aktyor təlxək obrazına görə cəmiyyət tərəfindən qınaq obyektinə tuş gəldiyini və davamlı olaraq ona qarşı təzyiqlər olduğunu bildirib. 

Ekspert qismində proqramda iştirak edən Xalq artisti Çingiz Əhməd və Əməkdar artist Nahidə Orucova gəncin söylədiklərindən sonra ona dəstək olublar. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO