Nadir bu gün "Avroviziya" səhnəsinə çıxacaq: İkinci yarımfinal - VİDEO 

Hazırda oxunan: Nadir bu gün "Avroviziya" səhnəsinə çıxacaq: İkinci yarımfinal - VİDEO 

73939

Bu gün İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.  

Bizim.Media xəbər verir ki, ikinci yarımfinalda Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə çıxacaq. O, dördüncü nömrə altında çıxış edəcək.  

Azərbaycanla yanaşı bu gün Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiyadan olan təmsilçilər də çıxış edəcəklər.  

Xatırladaq ki, birinci yarımfinalda finala 10 ölkə - İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistan vəsiqə qazanıb.  

Qeyd edək ki, “Avroviziya”nın finalı mayın 14-də olacaq. Müsabiqə İctimai Televiziya ilə canlı yayımlanacaq.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO