Flora Kərimovanın zəhərlənmə xəbəri YALAN ÇIXDI - “Düşmənləri yayır”

Flora Kərimovanın zəhərlənmə xəbəri YALAN ÇIXDI - “Düşmənləri yayır”

Hazırda oxunan: Flora Kərimovanın zəhərlənmə xəbəri YALAN ÇIXDI - “Düşmənləri yayır”

67292

Mediada xalq artisti Flora Kərimovanın zəhərlənməsi ilə bağlı məlumat yayılıb. Həmçinin informasiyanın mediaya köməkçisi tərəfindən açıqlandığı da bildirilib. 

Bizim.Media məsələni dəqiqləşdirmək üçün elə Flora Kərimovanın köməkçisi Yaqut xanımla əlaqə yaradıb.

O, saytımıza açıqlamasında sənətkarımızın zəhərlənməsi ilə bağlı yayılan məlumatın həqiqətəuyğun olmadığını qeyd edib:

“Siz nə danışırsız? Harada yazılıb? Flora xanım zəhərlınməyib, yalan məlumatdır. Evdədir, yataqda filan deyil və səhhəti də normaldır. Çox güman ki, sabahkı məhkəməsi ilə bağlı düşmənləri tərəfindən dezinformasiya buraxılır”,- deyə köməkçi əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO