Sibel Canın sevgilisi həbs olundu

Sibel Canın sevgilisi həbs olundu

Hazırda oxunan: Sibel Canın sevgilisi həbs olundu

643636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı aparılan istintaq çərçivəsində Yeni Partiyanın Ərzincan millət vəkili Mustafa Sarıgülün oğlu Emir Sarıgül barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Baş Prokurorluqda ifadəsi alındıqdan sonra məhkəməyə göndərilən Emir Sarıgül barəsində hakim qərarı ilə həbs qətimkan tədbiri tətbiq olunub.

İstintaq çərçivəsində Mustafa Sarıgülün keçmiş həyat yoldaşı Aylin Kotil və digər oğlu Ömər Sarıgülün də daxil olduğu 15 nəfər barəsində daha əvvəl həbs qətimkan tədbiri seçilib.

 

Mustafa Sarıgül məsələ ilə bağlı açıqlamasında ailəsinin istintaqa səbəb olan şəxslərlə əlaqələrinin Türkiyəyə investisiya gətirilməsi ilə bağlı təkliflərin araşdırılması ilə məhdudlaşdığını bildirib. O, həmin şəxslərin təqdim etdiyi bank sənədlərinin, müqavilələrin və notarial təsdiqlərin saxta olduğunu iddia edib.

 

Millət vəkili təkliflərin etibarsız olduğu məlum olduqdan sonra əlaqələrin dayandırıldığını vurğulayıb. O, həmçinin jurnalist Murat Ağırelin istintaqa cəlb olunmasından və barəsində həbs qətimkan tədbiri seçilməsindən təəssüfləndiyini bildirib.

Sarıgül təxminən 50 ildir ictimaiyyətin gözü qarşısında olduğunu qeyd edərək, barəsində cavab verə bilməyəcəyi heç bir məsələnin olmadığını deyib.

Qeyd edək ki, Aylin Kotil 1993-cü ildə Mustafa Sarıgüllə ailə qurub. Cütlük 2008-ci ildə boşanıb. Onların Ömer Sarıgül adlı oğulları var.

Emir Sarıgül isə türkiyəli müğənni Sibel Canla bağlı evlilik xəbərləri ilə gündəmə gəlib. Onların bir ay əvvəl nikah masasına əyləşəyi deyilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO