Corc ona “yetim” yazanlara səsləndi

Corc ona “yetim” yazanlara səsləndi

Hazırda oxunan: Corc ona “yetim” yazanlara səsləndi

635175

Aktyor Corc Qafarov sosial şəbəkədə ünvanına yazılan mənfi rəylərə cavab verib.

Bizim.Media xəbər verir ki, aktyor paylaşımında ona irad bildirən şəxsləri qınayıb. 

Qafarov ona qarşı “yetim” ifadəsinin işlədilməsinə etiraz edərək, “valideyn himayəsindən məhrum olmuş uşaq” ifadəsinin daha doğru olduğunu vurğulayıb.

“Müzakirə etdiyiniz ailələrin hamısı xoşbəxtdir, uğurludur, işıqlıdır və yolları açıqdır. Müzakirə etdiyiniz ailələr yardım edib, bəs siz? Sonuncu dəfə uşaq evinə nə vaxt baş çəkmisiniz?” deyə, aktyor bildirib.

Corc ona yazılan mənfi rəylərə cavab olaraq “Boş danışıb yorulmayın, rəqs edib yorulun” sözlərini də yazıb.

“Mənim sözüm yoxdur, ayıb olsun” deyə, Qafarov əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl nişanlanan Corc onu böyüdən ailəyə təşəkkür etmişdi. O, onu övladlığa götürdüyünü deyən müğənni Roza Zərgərlinin adını çəkmədiyi üçün tənqid olunub. (axsam.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO