Aktrisa Xəyalə Quliyeva oğlu Məhəmmədlə bağlı paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, aktrisa övladının 19 yaşı tamam olması münasibətilə onu sosial şəbəkə hesabında təbrik edib.
O, oğlunun ildən-ilə böyüyərək güclü və güvənə biləcəyi bir insana çevrilməsindən qürur duyduğunu bildirib:
"19 yaşın mübarək, oğlum! İldən-ilə böyüyüb güclü, hər zaman güvənə biləcəyim birinə çevrildiyini görmək məndə böyük qürur hissi yaradır. Qoy, atdığın hər addım səni uğura aparsın, ətrafında həmişə sadiq və etibarlı insanlar olsun. Həyatın bütün imkanlarından düzgün yararlan, qarşılaşdığın çətinliklərdən isə güclənərək çıx.
Hər zaman özünə, arzularına və gücünə inan. Qarşına qoyduğun bütün məqsədlərə çatmağını, xoşbəxt və uğurlu həyat yaşamağını arzulayıram.
Unutma ki, nə olursa olsun, mən hər zaman sənin yanındayam. Səni çox sevirəm! 19 yaşın mübarək, mənim qürurum". (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:46 / 04.09.2026
Xəyalə oğlunun 19 yaşını belə təbrik etdi – VİDEO
Hazırda oxunan: Xəyalə oğlunun 19 yaşını belə təbrik etdi – VİDEO
Hazırda oxunan: Xəyalə oğlunun 19 yaşını belə təbrik etdi – VİDEO
634859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































