Qloriya Staynem 92 yaşında vəfat etdi

Qloriya Staynem 92 yaşında vəfat etdi

Hazırda oxunan: Qloriya Staynem 92 yaşında vəfat etdi

634816

ABŞ-da qadın hərəkatının mühüm simalarından biri, jurnalist və fəal Qloriya Staynem 92 yaşında vəfat edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Staynemin fondu onun Nyu-Yorkdakı evində vəfat etdiyini açıqlayıb.

1960-cı illərin əvvəllərində Nyu-Yorkda müstəqil yazar kimi fəaliyyətə başlayan Staynem sonradan qadın hüquqları uğrunda mübarizənin ən tanınmış simalarından birinə çevrilib.

Onun jurnalistikadakı ilk böyük uğurlarından biri “Playboy” klublarında çalışan qadınların iş şəraitini araşdırdığı reportaj olub.
 

Xatırladaq ki, Staynem uzun illər evliliyə qarşı məsafəli münasibəti ilə də tanınıb. 2000-ci ildə Cənubi Afrikada doğulan sahibkar və ekoloq Devid Beyllə evlənib.


2013-cü ildə ABŞ-ın o zamankı prezidenti Barak Obama Staynemı Prezident Azadlıq Medalı ilə təltif edib. Bu mükafat ABŞ-da mülki şəxslərə verilən ən yüksək fəxri mükafat hesab olunur.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO