"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

Hazırda oxunan: "Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

634464

Uzun illərdi Dubayda yaşayan tanınmış ifaçı Afaq Aslan yeni beynəlxalq layihəsi ilə ərəb auditoriyasına üz tutur.

Bizim.Media xəbər verir ki, ifaçı Azərbaycanın ən sevilən xalq mahnılarından biri olan "Sarı Gəlin"i Azərbaycan və ərəb dillərində təqdim edib.
 

Layihənin əsas məqsədi Azərbaycan musiqisini və milli-mədəni irsini ərəbdilli ölkələrdə daha geniş tanıtmaq, "Sarı Gəlin"i azərbaycanlı ifaçının təqdimatında yeni auditoriyaya çatdırmaqdır.
Afaq Aslan bildirir ki, "Sarı Gəlin" mahnısı ermənilər tərəfindən dəfələrlə mənimsənilərək öz milli irsləri kimi təqdim olunub.


İfaçı isə bu layihə vasitəsilə mahnının Azərbaycan musiqi mədəniyyətindəki yerini ərəb dünyasına tanıtmağı qarşısına məqsəd qoyub:

"İstəyirəm ki, milyonlarla ərəbdilli dinləyici bu mahnını dinləyərkən Azərbaycanı və onun zəngin musiqi mədəniyyətini hiss etsin. Mənim üçün bu, sadəcə bir ifa deyil, milli musiqimizi daha geniş auditoriyaya tanıtmaq fürsətidir".

Afaq Aslan son zamanlar Dubayda da diqqət çəkən simalara çevrilib. İfaçının TikTok platformasında ərəbdilli istifadəçilər arasında paylaşımları yüksək maraqla qarşılanır və o, reytinq sıralamalarında birincilik əldə edir. (milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO