Amerikalı müğənni və aktrisa Cennifer Lopez 57 yaşını qeyd etməyə hazırlaşarkən kişilərdə ən çox hansı xüsusiyyəti cəlbedici hesab etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, People nəşrinin yazdığına görə, sənətçi bu fikirlərini İtaliyanın Siciliya adasındakı Taormina şəhərində keçirilən Dolce & Gabbana Alta Moda tədbirində səsləndirib.
Lopez çıxışı zamanı zarafatla bildirib ki, bahalı hədiyyələrə ehtiyacı yoxdur.
"İnsanlar illərdir mənə baxıb düşünürlər ki, mən çox bahalı qadınam. Bu, doğrudur. Amma mənim öz pulum var. Qızlar, elə deyilmi? Bizə kimsənin bizə nəsə almasına ehtiyac yoxdur. Hərçənd, bəzən bu, xoş olur", – deyə o bildirib.
Daha sonra ifaçı kişini həqiqətən cazibədar edən xüsusiyyətin bahalı saat, lüks avtomobil və ya şəxsi təyyarə olmadığını vurğulayıb.
"Bilirsinizmi, kişini həqiqətən seksual edən nədir? Səhər yatağı yığması və ya siz yorğun olduğunuz üçün axşam qabları yuması. Bax, əsl cazibədarlıq budur. Çünki biz qadınlar hər şeyi edirik", – deyə Lopez bildirib.
Onun bu sözləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Cennifer Lopezin şəxsi həyatı uzun illərdir ictimaiyyətin diqqət mərkəzindədir. Müğənni dörd dəfə ailə qurub, həmçinin Ben Afflek və Aleks Rodriqeslə münasibətləri ilə də gündəmə gəlib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
23:04 / 19.07.2026
Cennifer Lopez kişidə ən cazibədar xüsusiyyətin nə olduğunu açıqladı
Hazırda oxunan: Cennifer Lopez kişidə ən cazibədar xüsusiyyətin nə olduğunu açıqladı
Hazırda oxunan: Cennifer Lopez kişidə ən cazibədar xüsusiyyətin nə olduğunu açıqladı
626270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































