Türkiyədə aparılan genişmiqyaslı narkotik araşdırması çərçivəsində bir sıra tanınmış şəxslərin tibbi ekspertiza nəticələri açıqlanıb.
Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, Mehmet Rahşanın həbs olunduğu istintaq çərçivəsində saxlanılan və daha sonra məhkəmə nəzarəti altında sərbəst buraxılan şəxslərdən qan, sidik və saç nümunələri götürülüb.
Ekspertiza nəticələrinə əsasən, 10 nəfərin analizlərində əsasən kokain, bəzi hallarda isə marixuana (THC) izlərinə rast gəlinib.
Həmin şəxslərin adları da açıqlanıb:
- Mabel Matiz (əsl adı Fatih Karaca) – sidik və saç nümunəsində kokain aşkarlanıb;
- Volkan Bahçekapılı – saç nümunəsində kokain aşkarlanıb;
- Aslıhan Turanlı – sidik və saç nümunəsində kokain aşkarlanıb;
- Yağmur Ünal – saç nümunəsində kokain aşkarlanıb;
- Semiha Bezek – saç nümunəsində kokain aşkarlanıb;
- Eda Dora – qan, sidik və saç nümunələrində kokain aşkarlanıb;
- Aycan Yağcı – sidik nümunəsində marixuana, saç nümunəsində isə kokain aşkarlanıb;
- Tarık Tunca Bakır – saç nümunəsində kokain aşkarlanıb;
- Yasemin İkbal – saç nümunəsində kokain aşkarlanıb;
- Eren Kesimer – saç nümunəsində kokain aşkarlanıb.
Məlumata görə, ekspertiza rəylərinin təqdim edilməsindən sonra istintaq daha da genişləndirilib.
Hüquq-mühafizə orqanları narkotik vasitələrin hansı mənbələrdən əldə olunduğunu müəyyənləşdirməyə çalışır.
Bildirilir ki, şübhəli şəxslərin ifadələri yenidən araşdırılacaq, həbsdə olan həkim Mehmet Rahşan və digər şəxslərlə bağlı ittiham aktının yaxın vaxtlarda məhkəməyə göndərilməsi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:44 / 09.06.2026
Bu məşhurların narkotik testi pozitiv çıxdı – ADLAR
Hazırda oxunan: Bu məşhurların narkotik testi pozitiv çıxdı – ADLAR
Hazırda oxunan: Bu məşhurların narkotik testi pozitiv çıxdı – ADLAR
618135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































