Röya bayramda onlarla bir araya gəldi - VİDEO

Röya bayramda onlarla bir araya gəldi - VİDEO

Hazırda oxunan: Röya bayramda onlarla bir araya gəldi - VİDEO

616595

Xalq artisti Röya Ayxan 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq evi sakinləri və Daun sindromlu uşaqlarla görüş keçirib.

Bizim.Media xəbər verir ki, görüş "Birlik" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Sevilən sənətçi tədbirdə ən məşhur və sevilən mahnılarını səsləndirərək balacalara unudulmaz anlar yaşadıb.

Röya Ayxanın ifası və uşaqlarla isti ünsiyyəti onların sevincinə sevinc qatıb, bayram əhval-ruhiyyəsini daha da yüksəldib.

Tədbirdə Röya Ayxanın qardaşı İsmayıl Zadə oğlu ilə birgə iştirak edib. O, bacısı ilə birlikdə sevilən mahnıları səsləndirərək tədbirə xüsusi rəng qatıb.

Sevilən sənətçilər uşaqların üzündə təbəssüm yaratmaqla, onlara sevgi, diqqət və qayğı göstərilməsinin vacibliyini əyani nümayiş etdiriblər. (milli.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO