Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu

Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu

Hazırda oxunan: Teylor Sviftin konsertində terakt törətməyi planlaşdıran şəxsə hökm oxundu

616126

Avstriyanın Vyana-Neystadt şəhər məhkəməsi Vyanada ABŞ pop ulduzu Teylor Sviftin konsertində terror aktı törətməyi planlaşdıran 21 yaşlı Avstriya vətəndaşı Beren A.-nı 15 il müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ittiham aktına görə, o, Vyananın Ernst Happel stadionunda keçiriləcək konsertə gələn tamaşaçılara hücum cəhdi ilə yanaşı, İŞİD terror qruplaşmasının yerli şəbəkəsini yaratmaqda və qəsdən adam öldürmə planında da təqsirli bilinib.

Məhkəmə prosesi zamanı Beren A. 2023-cü ildə qoşulduğu İŞİD-dən necə göstərişlər aldığını və partlayıcı qurğu hazırlamaq üçün etdiyi uğursuz cəhdləri etiraf edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO