“Türkiyədə hər gün məşhurların tutulması ilə bağlı xəbərlər artıq bezdirib. Belə xəbərlər yorucudur, heç bir marağı və təsiri yoxdur. Guya məşhurlar vasitəsilə belə bir mesaj verirlər:
“Məşhursansa belə, toxunulmaz deyilsən”. Çox güman ki, məqsəd bu mesajı ötürərək qorxu yaratmaqdır”.
Bizim.Media xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.
İfaçı qeyd edib ki, bu cür xəbərlər ictimai diqqəti yönləndirmək məqsədi daşıyır:
“Guya psixoloji təsir yaradırlar: gənclər üçün “cool” görünməsin, qorxu və çəkindirmə effekti formalaşsın. Eyni zamanda, ictimai diqqəti yönləndirmək məqsədi də daşıyır (siyasi aspekt də ola bilər), amma özləri də istəmədən reklam etmiş kimi olurlar. Bəzən belə əməliyyatlar gündəmdəki digər problemlərdən diqqəti yayındırmaq məqsədilə də edilir. Məşhur adı varsa, xəbər yayılır, reytinq artır, sosial mediada viral olur”.
N.Suri medianın belə xəbərləri yaymamağı məsləhət görüb:
“Seriallarda da mövzu, əsasən, qadağan olunmuş maddələr üzərində qurulur. Guya mübarizə aparır, amma əslində reklam etmiş olurlar.
Bu cür xəbərlər, eləcə də bu mövzuda çəkilən film və seriallar əks təsir göstərir. Yəni məqsəd yayındırmaqdırsa, nəticədə reklam və cəlbetmə effekti yaranır. Xahiş edirəm, bizim media belə xəbərləri paylaşmasın”.
Qeyd edək ki, bu gün Türkiyədə davam edən narkotik əməliyyatı çərçivəsində daha 14 nəfərin saxladıldığı haqqında xəbər dərc olunub. (Yenisabah.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:12 / 09.04.2026
Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı
Hazırda oxunan: Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı
Hazırda oxunan: Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı
606087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































