Müğənni Zamiq Hüseynov maraqlı açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi verdiyi müsahibədə həyat yolu və uğur hekayəsindən danışaraq hər zaman qazanc əldə etdiyini bildirib.
O, qeyd edib ki, hələ 10 yaşından çalışmağa başlayıb:
"Uğurlu insanam. 10 yaşımdan işləyirəm. Metronun qabağında qələm satırdıq, ən çox satan mən idim. Hansı işdə olsam, uğur qazanardım, sadəcə o işə vaxt ayırmağım lazımdır".
Müğənni əlavə edib ki, müxtəlif xırda bizneslərlə də məşğul olub və bu sahədə də digərlərindən daha çox qazanc əldə edib:
"Başqa xırda işlər də görürdük, hamıdan çox məndə alınırdı. Bir işə sevgimi qoyanda bilirəm ki, alınacaq".
Qeyd edək ki, Zamiq Hüseynovun bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:38 / 03.04.2026
"10 yaşımda metronun qabağında qələm satırdım"
Hazırda oxunan: "10 yaşımda metronun qabağında qələm satırdım"
Hazırda oxunan: "10 yaşımda metronun qabağında qələm satırdım"
604939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































