"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

Hazırda oxunan: "Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

604084

Məşhur rusiyalı müğənni Maşa Rasputina sahib olduğu bahalı avtomobillə bağlı tənqidlərə cavab verib.

Bizim.Media xəbər verir ki, ifaçı qatıldığı proqramda aparıcı ondan lüks avtomobilinin və daşınmaz əmlakının faktiki gəlirinə nə dərəcədə uyğun olduğunu soruşub.

Müğənninin reaksiyası gözlənilmədən sərt oldu.

"Mən heç vaxt xaricdə ev sahibi olmamışam. Uşaqlar, mən kiməm? Mən Mariya Nikolayevna Rasputinayam. Rus pop ulduzuyam!", deyə müğənni bildirib.

Maşa həmçinin vurğulayıb ki, lüks həyat onun kimi bir insan üçün bir şıltaqlıq deyil, zərurətdir:

"Jiquli" sürməliyəm? Nə danışırsan? Bir düşün! Beləliklə, biz bahalı "Rolls-Royce" aldıq və indi konsertlərə, təqdimatlara onunla gedirəm. Dəbdəbəli şəkildə gəzməliyəm. Ulduzlar belə yaşamalıdır". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO