Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

Hazırda oxunan: Di Kaprionun daha bir gənc sevgilisi – Bu dəfə evlənəcək?

602200

Hollivudun ən məşhur subaylarından biri sayılan Leonardo Di Kaprio şəxsi həyatına münasibətini yenidən gözdən keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə People nəşri yazıb.

Belə ki, aktyor sevgilisi, model Vittoriya Çeretti ilə uzunmüddətli münasibət qurmaq fikrinə düşüb. 

Cütlük 2026-cı il “Oskar” mərasimində diqqət çəkib. Bu, onların 2023-cü ildə başlayan münasibətlərindən bəri ilk böyük mükafat mərasimində birgə görünməsi olub. Onlar qırmızı xalçada birlikdə poza verməsələr də, mərasimdə birgə iştirakları münasibətin daha ciddi mərhələyə keçdiyi barədə müzakirələri artırıb.
 

Nəşrin mənbəsinin sözlərinə görə, Di Kaprio bu münasibəti əvvəlkilərdən fərqli hesab edir və Vittoriyaya həqiqətən bağlıdır. Bildirilir ki, aktyor hələ evlilik barədə düşünməsə də, ilk dəfə ciddi ortaq gələcəyə qapını tam bağlamır.


Mənbə həmçinin qeyd edir ki, Di Kaprionun Vittoriyada ən çox bəyəndiyi cəhətlərdən biri onun müstəqil həyat tərzi və aktyorun gərgin iş qrafikinə sakit yanaşmasıdır. Dostlarının fikrincə, Di Kaprio bu münasibətdə hisslərini əvvəlki əlaqələri ilə müqayisədə daha açıq göstərir.

Leonardo Di Kaprio ilə Vittoriya Çeretti ilk dəfə 2023-cü ilin avqustunda birlikdə görüntülənmişdilər.

Sonrakı aylarda model aktyoru film premyeralarında və səfərlərdə də müşayiət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO