Meyxanaçı Samirə: “Mənim kimi 3 diplomlu müğənniyə də qadağa qoyulursa..." - EKSKLÜZİV

Meyxanaçı Samirə: “Mənim kimi 3 diplomlu müğənniyə də qadağa qoyulursa..." - EKSKLÜZİV

Hazırda oxunan: Meyxanaçı Samirə: “Mənim kimi 3 diplomlu müğənniyə də qadağa qoyulursa..." - EKSKLÜZİV

599469

Meyxanaçı Samirə Yusifqızı adının efir qadağası qoyulan müğənnilər siyahısında yer almasına münasibət bildirib.

Samirə bu barədə Bizim.Media-ya danışıb.

O, qızı Fərəhin və öz adının xəbərdə yazılması ilə bağlı bunları söyləyib:

“Nəyə əsaslanıblar? Bu, rəsmi deyil. Nə etmək istəyirlər? Efirdə bütün müğənnilərə qadağa qoyulursa, bəs nə göstəriləcək? Qızım özü bilər, o özünə cavabdehdir. Mənim elə bir qalmaqalım yoxdur. Ali savadlı müğənniyəm, illərin sənətkarıyam, bu sənətə can qoymuşam.
 

Mənə də qadağa qoyulursa, Allah can sağlığı versin. Azərbaycan musiqisini bilirəm, Konservatoriyanı, Asəf Zeynallı adına Musiqi Kollecini bitirmişəm, Fortepiano diplomum var. Üç diplomlu müğənniyə də qadağa qoyulursa, efirə “bozbaş”ları çağırsınlar. Mənim xəbərim yoxdur, məlumat almağa çalışacağam”.


Qeyd edək ki, sözügedən siyahını “Manset.az” yayıb.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO