“Kızılcık Şerbeti” serialında “Fatih Ünal” obrazını canlandıran Doğukan Güngör, narkotiklə bağlı aparılan araşdırma çərçivəsində keçirilən testin müsbət çıxmasından sonra serialdan ayrılıb.
Bizim.Media xəbər verir ki, kanal rəhbərliyinin qərarı ilə səhnələri silinən, treylerdən və afişalardan çıxarılan aktyor üçün çəkiliş meydançasında vida tədbiri təşkil olunub. Güngörün göz yaşları və duyğulu sözləri diqqət çəkib. Komanda üzvlərinin alqışları ilə setə vida edən aktyora rol yoldaşı Ahmet Mümtaz Taylanın dəstəyi xüsusi önəm daşıyıb.
Çəkilişlərin aparıldığı evə dəvət olunan aktyor komanda üzvlərinin alqışları altında içəri daxil olarkən göz yaşlarını saxlaya bilməyib:
“Bu, yəqin ki, ən çətin səhnəmdir...”
Jurnalist Birsen Altuntaşın verdiyi məlumata görə, Güngör zarafatla çıxışına “Mən donmuşam” deyə başlayaraq bunları bildirib:
“Bu evdə 3,5 illik xatirələr, ruhumla yaşadığım gözəl səhnələr var... Aktyor kimi də, Doğukan kimi də yəqin ki, ən çətin səhnəmdir bu... Duyğusal insanam, ona görə çətindir... Bu proseslərdən keçərkən üzləşdiyim bu çətinliklərin altından aktyorluğa olan sevgim və özümə inamımla çıxacağıma əmin ola bilərsiniz.
İndiyə qədər işlədiyim bütün rejissorlara təşəkkür edirəm. Gold Yapım sonuna qədər arxamda durmağa çalışdı, amma hər kəsin gücünün çatdığı bir hədd var... Sizi sevirəm, burada möhtəşəm bir ailə olduq... Hər şeyin yaxşı olacağına inamım tamdır...”
Daha sonra Güngör serialda atasını canlandıran Ahmet Mümtaz Taylana sarılıb. Taylan qısa çıxışında deyib: “Doğukan, bizə deyiləcək çox söz qoymadın, amma biz sənə inanırıq. Səni çox sevirik. Səninlə işləməkdən xoşbəxtik. Gələcəkdə yenidən birlikdə çalışacağımıza əminik.”



Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:13 / 29.01.2026
Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO
Hazırda oxunan: Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO
Hazırda oxunan: Narkotik testi müsbət çıxdı: Serialdan göz yaşları ilə ayrıldı – FOTO/VİDEO
593336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































