Müğənni Mətanət Əsədova efirdə göz yaşı töküb.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan sənətçi övladının olmamasından danışıb.
Əsədova göz yaşlarını saxlaya bilməyərək bunları söyləyib: “Körpə səsi gələndə elə bilirəm dəli olacağam. Qulağımı tutub qaçıram, deyirəm, o səsi mənə eşitdirməyin.
 
Körpənin ağlamaq səsindən gözəl səs yoxdur. Amma eşidəndə mənə elə gəlir ki, ata-anamı o səs öldürüb. O dərəcədə qaçıram. Körpə səsinin həsrətində olduğum üçün qaçıram.
Mənim içimdə balaca Mətanət var. Çox balacadır, uşaqlığı da doyunca yaşamayıb.
Uşaqları sevirəm, amma körpə səsinə allergiyam var”.
Sara, Bizim.Media
					
























































































