Nəfəsdən: “Biri-birilərinin “ətini yeyirlər” - VİDEO

Nəfəsdən: “Biri-birilərinin “ətini yeyirlər” - VİDEO

Hazırda oxunan: Nəfəsdən: “Biri-birilərinin “ətini yeyirlər” - VİDEO

574673

Müğənni Nəfəs açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, ifaçı instaqramda video paylaşaraq izləyicilərinə müraciət edib.

Nəfəs yolda bədbəxt hadisəyə şahidlik etdiyini bildirib: “Yoldayam, bir qəzaya şahid oldum, çox pisəm. İnsanlar bir-birinin “ətini yeyirlər”. Bir-birini tənqid, hətta təhqir edirlər. Bu dünya fanidir, heç kim dünyadan nəsə aparmayacaq. Etdiyiniz davaların günahı çox olacaq, hər biriniz bu həyatda insanlığa dəyər verin.

Əgər kiminsə qəlbini qırmısınızsa, onun könlünü almağa çalışın. Çünki həyat bumeranqdır bir gün sizin də qəlbiniz qırılacaq. Həqiqətən çox məyus oluram. Bəzi insanların insafsızlığına kədərlənirəm, belə şeylərin baş verməsini istəmərəm. Baxırsan ki, bir saniyədə hər şey baş verir. O zaman gec olur”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO